Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Avropa banklarının koronavirusa görə itkiləri açıqlandı

Avropa bankları COVİD-19 virusunun yayılması nəticəsində qarşıdakı üç il ərzində 30 milyard avrodan çox xalis mənfəətdən məhrum olacaq.

Həftə.az xəbər verir ki, bu barədə ABŞ-ın “Goldman Sach” sərmayə bankının hesabatında bildirilir.

Hesabata görə, xalis mənfəətin 7 faiz azalması həm də kredit risqlərinin artması, habelə koronavirusun iqtisadi fəsadlarını azaltmağa yönələn addımlar nəticəsində faiz dərəcələrinin daha da azalması kimi amillərlə əlaqədardır.

Üstəlik koronavirusla bağlı sərmayədarların narahatlığı və neftin ucuzlaşması ilə martın 9-da Avropanın “Stoxx 600 Banks” indeksi 5 faiz azaldıqdan sonra bankların mənfəət itkisi 7-dən 9 faizədək artdı.

Hesabat müəlliflərinə görə koronavirus amili nəticəsində Almaniya, İtaliya, Yunanıstan kimi ölkələrdə aşağı gəlir səviyyəsinə malik banklar daha çox ziyan çəkəcək, Fransa və Benelux ölkələrindəki bank sektorunun liderləri isə bu məsələni daha tez sovuşduracaqlar. Belə ki, “Goldman Sach” ekspertləri Avropa bank sektorunun lideri kimi Fransanın “BNP Paribas”, Niderlandın “İNG Groep”, İspaniyanın “Banco Santander”, Böyük Britaniyanın “HSBC Holdings”, Mərkəzi və Şərqi Avropada isə Almaniyanın “Erste Group Bank” və Polşanın “Bank Pekao” kimi iri qurumları dəyərləndirir.

Bütövlükdə isə bu gün Avropa banklarının “əvvəllər heç olmadığı qədər güclü mövqe”yə malik olduqları diqqətə çatdırılıb.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …