Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

“Anglo-Asian Mining” proqnozlarını açıqlayıb

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkətinin 2020-ci ildə gəlirləri qiymətli metalların hazırkı qiymətlərində 100 mln. ABŞ dollarını ötəcək. 

Həftə.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda göstərilib.

Məlumata görə, cari ildə şirkətin istehsal gücü 75-80 min unsiya (qızıl ekvivalenti) arasında dəyişəcək. 2019-cu ildə isə bu rəqəm 81 399 unsiyaya bərabər olub.

Hər unsiyanın qiyməti qızıl üzrə 1 480 dollar, gümüş üzrə 17 dollar proqnozlaşdırılır. Bundan əlavə misin isə hər tonu 5700 dollar olaraq götürülüb.

Bu il 65-67 min unsiya qızıl, 2200-2400 ton mis istehsalı proqnozlaşdırılır.  2019-cu ildə 70 098 unsiya qızıl,  2 210 ton mis istehsal edilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …