Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

AFFA baş hakimin qırmızı vərəqəsini ləğv etdi

AFFA İntizam Komitəsi I Divizionun XVIII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

“Sabah-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar oyuna gec gəlib. Bunun üçün “Sabah” klubu 80 manat məbləğində cərimələnib.

 “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda və “Zaqatala” – “Səbail-2” matçında tibb otağı tibbi ləvazimatlar və həkimlə təmin edilməyib, Ağdam təmsilçisi və “Zaqatala” bu səbəbdən, 80 manat ödəyəcək. 

Bundan başqa “Zaqatala” – “Səbail-2” qarşılaşmasında hakimin qərarı ləğv olunub. Hakimlər Komitəsinin müraciətinə əsasən İntizam Komitəsi video görüntüləri izləyib və buna əsasən protokolda “Zaqatala”nın futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqənin ləğv olunub. 

“Zaqatala”nın digər üzvü Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqlənib. Bütün bunlara əsasən Elşad Əliyev bir oyunluq cəza alıb. Klub isə 80 manat məbləğində cərimələnib. Matçın baş hakimi Vüqar Həsənli olub.  

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …