Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

AB iqtisadi şokla toqquşacaq – Avropa Mərkəzi Bankı

“Əgər Avropa Birliyi ölkələri koronavirusun yayılmasına cavab olaraq təcili tədbirlər görməsələr, Avropa 2008-ci il maliyyə böhranıyla müqayisə oluna biləcək böyük iqtisadi şokla toqquşacaq”.

Həftə.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının sədri Kristin Laqard deyib.

“Əgər fəaliyyətlər koordinasiya edilməsə, çoxlarımıza 2008-ci il maliyyə böhranını xatırladacaq ssenari ilə üzləşəcəyik. Müəyyən cavab tədbirləri sayəsində iqtisadi şok müvəqqəti ola bilər”, – deyə o bildirib.

Laqard İtaliyanın üzləşdiyi situasiya ilə bütün AB-nin üz-üzə qala biləcəyini söyləyib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …