Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

ABŞ-dan tarixi etiraf: “İŞİD-ə qarşı dəstək verdik”

ABŞ Əfqanıstanın Nənqahar vilayətində İŞİD terror təşkilatı ilə döyüşlərdə Taliban qruplaşmasına dəstək verib.

Həftə.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələrinin komandanı, general Kennet Makkenzi açıqlama verib.

General ABŞ-la anlaşmadan sonra Talibanın Amerika və koalisiya qüvvələrinə hücum etmədiyini, bununla belə atəşkəs rejimini pozduğunu bildirib.

Makkenzi Taliban Nənqaharda İŞİD terror təşkilatı ilə qarşıdurmaya girdiyini deyib:

“Nənqahar vilayətinin cənubunda Talibanın İŞİD-i sıxışdırıb yox etdiyini izlədik. Bu qarşıdurmada bizdən məhdud çərçivədə dəstək aldılar”.

Makkenzi Talibana hansı formada dəstəyin verildiyini açıqlamayıb.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …