Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Koronavirusdan ölənlərin sayı rekord həddə çatdı – son 24 saat

İtaliyada koronavirusa görə 24 saat ərzində 168 nəfər ölüb.

Həftə.az xəbər verir ki, ölkədə infeksiyadan ölənlərin sayı 631-ə çatıb.

İtaliyada indiyədək 10 149 nəfər virusa yoluxub. Epidemiya əsasən ölkənin şimalında yayılıb. İtaliya ölüm göstəricisinə görə Çindən (3 158 ölüm) sonra 2-ci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 220-yə çatıb. Bunların 66 568 nəfəri sağalıb, 4 299 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …