Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Həftə.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Toğrul Hüseynov Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Qobu PB sabiq Daxili İşlər naziri Ramil Usubov müvafiq əmri ilə yaradılıb. 2019-cu ilin mayın 11-də bölmənin inzibati binasının açılışı olub.

Xatırladaq ki, T.Hüseynov daha əvvəl Yasamal RPİ-də işləyib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …