Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

UEFA-dan AVRO-2020 ilə bağlı RƏSMİ açıqlama

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) AVRO-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri barədə İtaliya mətbuatında yayılan xəbərə münasibət bildirib.

Həftə.az xəbər verir ki, UEFA-dan TASS-a bildirilib, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün zəruri səbəb görülmür.

“UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur”, – qurumun Mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …