Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Türkiyə Suriyanı dağıdan dronlarını Bakıya verir

Ərdoğan Moskva üçün yetərli qədər uyğun fiqurdur. İstənilən digər hökumət müzakirələrə daha az açıq və daha çox qərbyönlü olacaq. Bu o deməkdir ki, Moskva Ərdoğanla daha elastik və çoxsəviyyəli siyasət aparmalıdır.

Həftə.az xəbər verir ki, bunu erməni analitik Yervand Bozoyan deyib. O, Rusiya-Türkiyə münasibətlərində ən zəif həlqənin məhz Qarabağ olduğunu bildirib.

Bozoyan bu ərazilərin Rusiyanın “təhlükəsizlik çətirinə” daxil olmadığını söyləyib:

“Putinlə görüşdə gözlədiyindən daha az şey əldə edən Ərdoğan Qarabağ kartını oynayacaq. Türklər özlərinin Cənubi Qafqazdan olan qardaşlarına ən geniş yardımı göstərəcəklər. Ərdoğanın Bakıya səfəri zamanı tərəflər arasında hərbi-texniki müqavilə imzalandı. Buna əsasən, Ankara Bakını Suriyada uğurla istifadə edilən ən müasir pilotsuz uçan aparatlarla təchiz etməyə hazırlaşır. Ekspertlərin sözlərinə görə, cəmi 2 günə Türkiyə PUA-ları Suriyada 100-dən çox fərqli hərbi texnikanı məhv etdi”.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …