Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Təhsil naziri vətəndaşları diqqətli olmağa çağırdı

Təhsil naziri Ceyhun Bayramov koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasından bəhs edən məlumatlarla bağlı vətəndaşlara müraciət edib.

Həftə.az xəbər verir ki, nazir bu barədə AzTV-nin efirində çıxışı zamanı bildirib.

C.Bayramov müraciətində bu vəziyyətlə bağlı olaraq məlumatlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib:

“Əfsuslar olsun ki, son zamanlar bu vəziyyətlə bağlı olaraq mənbəyi bəlli olmayan, xüsusilə sosial şəbəkələrdə bəzi məlumatlar yayımlanır. Ona görə də insanlara daha diqqətli olmağı və yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edirəm.

Əminəm ki, bu müddət uzun çəkməyəcək. Biz – bu müddət ərzində maksimum şəkildə hər kəs öz vəzifəsini düzgün yerinə yetirməklə ölkəmizdə vəziyyətin daha qısa müddət ərzində tam nəzarətə alınması və problemin tam həll olunması istiqamətində öz töhfəmizi verə bilərik”.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …