Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Təhsil müəssisələrində tətilin müddəti uzadıla bilər

Gürcüstanda koronavirusla bağlı təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddətinin uzadılacağı istisna edilmir.

Həftə.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, məsələ ölkədəki koronavirusla bağlı epidemioloji vəziyyətə uyğun olaraq nizamlanacaq.

Mərkəz rəhbəri qeyd edib ki, tətilin müddətinin artırılması haqqında qərarı bu həftə ərzində Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edəcək.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər 15 şəxsdə koronavirus təsdiqlənib. Karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …