Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Sevda Yahyayeva toyunun tarixini açıqladı – MÜSAHİBƏ

Həkim-genetik Zakir Bayramov ilə nişanlanan müğənni Sevda Yahyayeva hər kəsi maraqlandıran sualları cavablandırıb.

– “Sevgi nəyə deyirsən?” adlı klipinizi təqdim etdiniz.

– Bəli, klipin çəkilişləri Xızıda olub. Orada “kənd qızı” obrazını canlandırdım. Heç vaxt belə bir obrazda olmamışdım. İdeya Nail Naiboğlundan gəldi. Daim kliplərimdə qlamur və dəbdəbəli obrazlarda olmuşam. Düşündüm ki, maraqlı olacaq.

– Zakir bəylə münasibətinizi gizli saxladınız. Maraqlıdır ki, evləndikdən sonra sənətdən getməyinizi xahiş etsə necə qarşılayarısınız?

– Sənətdən getməyi desə, əlbəttə ki, fikrinə hörmət edərəm və istəyini həyata keçirirəm. Amma bizim münasibətimizdə belə bir şey olmadı. O mənə hörmət etdiyi kimi sənətimə də hörmət edir. Və səhnədə olmağımı da istəyir. Sənətimi davam etməyimin tərəfdarıdır.

– Nə zaman tanış olmusunuz?

– Bu haqda çox danışmaq istəmirəm. Münasibətimiz yaxın zamanlarda başladı.
Hər şey çox tez baş verdi. Bir müddət idi ki, danışırdıq. İnşallah qismət olsa yayda toy olacaq. Münasibətimiz bir mesajdan başladı. İnstaqramda mənə saysız-hesabsız mesajlar yazırlar. Əlbəttə ki, hamısına cavab yazmıram. Mesajdan sonra görüşdük.

– Bir mesajı ilə sizin qəlbinizi fəth edə bildi…

– Bəli…Əsas odur ki, onun mənə yazdığı iki cümlə mənə çox səmimi gəldi və milyonlarla yazılan məktubların içində ona cavab yazdım. Düşünürəm ki, düzgün elədim. Özümü çox xoşbəxt hiss edirəm.

– Üzük taxıldı və ilk təbriki hansı həmkarınızdan aldınız?

– Bu haqda heç kimə heç nə deməmişdim. Yalnız Röya Ayxan, Zamiq Hüseynov, Elnur Həsənov və ailə üzvlərim bilirdi. Elçilik mərasimini bildikdən sonra bütün həmkarlarım sağ olsunlar təbrik etdilər. İnsanlar bu xoş günün baş verməsinə ürəkdən sevindilər.

– Digər bəylərlə müqayisədə Zakir bəyin özəlliyi nədir?

– İnsanın xarakterini sözləridən tanımaq çətindir. Amma onun dünyagörüşünün zəngin olmasını iki cümləsində hiss etdim. Düşünürəm ki, həyatımın ən önəmli qərarını verdim ki, ona cavab yazdım. İnşallah hər şey yaxşı olacaq.

– Tez qərar verdiyinizi düşünürsünüz?

– Xeyr. Nə gec nə də tez vaxtında verilən qərardır.

– Oğlanın ailəsi sizi necə qarşıladı?

– Bu haqda çox danışmaq istəmirəm, ailə məsələsidir. Subay xanımların hamısının ailə qurmasını ürəkdən istəyirəm.

– Nişan mərasimi nə vaxtdır?

– Nişan mərasimi yaxın günlərdə olacaq. Tarix açıqlanmır. Toy isə inşallah ayda baş tutacaq.

– Toy mərasiminiz mediyaya açıq olacaq?

– Bəli toy mərasimi mediyaya açıq olacaq.

(teleqraf.com)

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …