Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Ronaldinyonun olduğu həbsxanada mini-turnir

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun Paraqvayda saxlanıldığı həbsxanada mini-turnir keçiriləcək.

Həftə.az xəbər verir ki, turnir hər yarım ildə bir dəfə təşkil olunur və bunun əfsanəvi oyunçunun həbsxanada olması ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, qurum rəhbərliyi Ronaldinyonun iştirakçılar arasında olacağını gözləmir.

Turnirdə yalnız məhkumlar mübarizə aparacaqlar. 194 futbolçu 10 komandaya bölünəcək.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon Paraqvay hava limanında saxta pasport təqdim edib. Martın 5-də yerli prokurorluq “sambaçılar”ın həbsinə dair order versə də, ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.

Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib. 

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …