Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Qarabağ erməniləri Paşinyanı hədələdi

Uzun müddətdir Ermənistanın xarici siyasətinin inkişaf kursunu müəyyənləşdirən Qarabağ klanı meydanı döyüşsüz tərk etmək niyyətində deyil.

Həftə.az xəbər verir ki, bu, qondarma “Dağlıq Qarabağ”ın “prezidentliyinə namizəd” Bella Lalayanın “ArmNyus” telekanalına müsahibəsində bəlli olub.

Separatçı rejim nümayəndəsi müsahibəsində qeyd edib ki, Ermənistanda davam edən proseslər bu kvazi-dövlətin həyati maraqlarına təsir göstərir – xüsusilə, bu klandan çıxmış, haqlarında cinayət işi açılan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan məsələsi.

“Bir məmur olaraq Qarabağın keçmiş və indiki “prezidentləri”ni Robert Köçəryanın məhkəməsində görəndə Ermənistan hökumətini tənqid etdim. Mən bu səhnəni həzm edə bilmədim”, – Lalayan bildirib.

Müsahibənin sonunda Lalayan separatçı rejimin Ermənistanda baş verənləri diqqətlə izlədiyini və İrəvanın zərərli hərəkətlərini dəf etmək üçün lazımi tədbirləri görəcəklərini bildirib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …