Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Neft 40 dolları bu tarixdə keçəcək – Proqnoz

“Qoldman Saç” qrupu “Brent” markalı neftin qiyməti üçün ilin ikinci və üçüncü rübündə olan proqnozunu 53 dollardan 30 dollara endirib.

Həftə.az xəbər verir ki, VTI üçün isə qiymət ikinci rübdə 42,5 dollardan 29 dollara, üçüncü rübdə 48,5 dollardan 28 dollara qədər aşağı salınıb.

“Neft bazarı üçün proqnoz 2014-cü ilin noyabrından daha tutqundur. Hazırda aparılan qiymət müharibəsi koronavirusa görə tələbatın azalması ilə üst-üstə düşüb”, – deyə qrupun bəyanatında yer alıb.

Bununla bərabər şirkət neft bazarında balansın daha sürətli bərpa olunacağını bildirib.

Slans neftinin istehsalının iyul-sentyabrda sutkalıq 75 min barrel, oktyabr-dekabrda isə 250 min barrel azalacağı vurğulanıb. Bununla da neft bazarında kəsrin dördüncü rübdə başlayacağı proqnozlaşdırılıb.

Şirkət dördüncü rübdə “Brent”in qiymətinin 40 dollara, WTI-ın isə 37 dollara yüksələcəyini açıqlayıb. 2021-ci ildə neftin dəyərinin 45 dollardan 60 dollara qədər yüksələcəyi qeyd edilib.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …