Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Mustafa Sandal istintaqa çağırıldı

Türkiyəli məşhur müğənni Mustafa Sandal istintaqa çağırılıb.

Həftə.az-ın xəbərinə görə, o, “Məni ağlatma” adlı kitabında aktrisa Defne Samyeli ilə sevgili olduğunu yazıb.

Musiqiçi kitabında Samyeli ilə bir müddət gizli eşq yaşadıqlarını qeyd edib.

Sandalla heç vaxt romantik münasibət yaşamadığını deyən Samyeli isə onu məhkəməyə verib. O, Sandalla 15 ildə cəmi 4 dəfə görüşdüyünü bildirib.

İstintaqa cəlb edilən Sandal bu gün ifadə verib.

O, ifadəsində kitabda yazdıqlarını təkzib edib:

“Defne xanım haqlı ola bilər. Saymamışam, amma dörd dəfə görüşmüş ola bilərik. Ola bilsin, mən fikrimi səhv ifadə etmişəm”.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …