Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Milli Məclisin fəaliyyətində dəyişikliklər olacaq

“Milli Məclisin rəhbərliyi, həmçinin komitə sədrləri dəyişib və bütün bunlar göstərir ki, ölkədə aparılan islahatlar Milli Məclisdə də davam etdirilir”.

Həftə.az-ın xəbərinə görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bundan sonra Milli Məclisin fəaliyyətində də, yəqin ki, dəyişikliklər olacaq:

“Bu həm qanunvericilik fəaliyyətinə aid olacaq, həm təmsilçilik, həm nəzarət, həm də beynəlxalq əlaqələr sahələrinə. Eyni zamanda Milli Məclisin Aparatında da islahatlar həyata keçirməliyik: müasir dövrə uyğun həm struktur dəyişiklikləri, həm də kadr islahatları. Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi yaxın günlərdə böyük işlər görəcək”.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …