Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Messidən Ronaldinyo üçün 4 milyon

Həftə.az xəbər verir ki, “Barselona”nın futbolçusu Lionel Messi hazırda həbsdə olan sabiq komanda yoldaşı Ronaldinyoya kömək etməyə qərar verib.

Argentinalı hücumçu Braziliya millisinin sabiq üzvü və qardaşının həbsdən çıxarılması üçün vəkil tutub. Messinin Ronaldinyonun zaminə buraxılmasına görə 4 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Messinin “Barselona”dakı ilk rəsmi qolunun ötürməsinin məhz Ronaldinyo verib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …