Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Mərkəzi Bankda koronavirusa ilk yoluxma aşkarlandı

Avropa Mərkəzi Bankının (ECB) 1 əməkdaşında koronavirusa (Kovid-19) yoluxma halı aşkarlanıb.

Həftə.az xəbər verir ki, həmin şəxslə yaxın təmasda olan digər 100 işçiyə ehtiyat tədbiri olaraq evdən işləmək tapşırılıb.

ECB daha əvvəl koronavirusun yayılmasının qarşısını almaq üçün iş səyahətini məhdudlaşdırmaq, evdən işləmək, konfrans və iclasları ləğv etmək və yaxud başqa bir tarixə keçirmək kimi tədbirlər görüb. Ötən gün isə qurum 3 500 işçisinin evdən işləməsi üçün “uzaqdan iş sistemi”ni uğurla sınaqdan keçirib.

Qeyd edək ki, koronavirus səbəbi ilə Almaniyanın ən böyük banklarından biri “Deutsche Bank” paytaxt Berlində keçirilməsi planlaşdırılan 150 illik yubiley tədbirlərini ləğv edib. Bundan başqa martın 23-27-də Berlində keçirilməsi planlaşdırılan enerji konfransı da ləğv edilib.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …