Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Koronavirus sürətlə yayılır

Hindistan və Filippində koronavirus daşıyıcılarının sayı kəskin artıb.

Həftə.az xəbər verir ki, Hindistanda 9, Filippində isə daha 11 yoluxma halı aşkarlanıb.

Bununla da koronavirus daşıyıclarının sayı Hindistanda 56, Filippində isə 35 nəfərə çatıb.

Qeyd edək ki, Filippində indiyədək 1 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 505-ə çatıb. Bunların 64 272 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …