Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər
Sport. Soccer. Football

İtaliyada futbol uzun müddətlik dayandırıldı

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İtaliyada bütün futbol yarışları dayandırılıb.

Həftə.az xəbər verir ki, bunu ölkənin Baş Naziri Cüzeppe Konte bəyan edib.

İtaliyanın Milli Olimpiya Komitəsi də rəsmi saytı vasitəsilə bildirib ki, ölkədə bütün idman yarışları ən azı aprelin 3-dək dayandırılacaq.

Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədəyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyatı yoxdur.

Qeyd edək ki, İtaliya Avropada koronavirus epidemiyasının ən çox yayıldığı ökədir. Burada artıq 7 mindən çox insan sözgüedən virusa yoluxub.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …