Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Federasiyasından koronavirusla bağlı yeni qərar

Koronavirus epidemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları 30 aprel tarixinədək təxirə salan Beynəlxalq Cüdo Federasiyası (IJF) təsnifat dövrünü uzadıb.

IJF-in Mətbuat Xidmətindən verilən məlumata görə dmançılar iyunun 30-na qədər lisenziya xarakterli turnirlərdə iştirak edə biləcəklər. Bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Bundan başqa, 30 aprel tarixinə nəzərdə tutulan qitə çempionatının təxirə salınacağı da bildirilib.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prilər, həmçinin 6-8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub. Gürcüstan və Türkiyədəki yarışlarda  Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …