Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

“Dostbazlıq, qohumbazlıq, yerlibazlıq…” – Aktyorlardan şikayət

Həftə.az xəbər verir ki, martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir. Arxada qalan 147 il teatrımız üçün şərəfli, qürurlu tarixdir. Sözsüz ki, milli teatrımız üçün xarakterik olan problemlər tam həllini tapmayıb.

Sənət adamları Azərbaycan teatrının indiki durumunu necə qiymətləndirirlər?

Məsələ ilə bağlı Əməkdar artist İlqar Cahangirlə əlaqə saxladıq. Yenisabah.az-a danışan aktyor teatrda islahatlara ehtiyacın olduğunu dedi: “Teatrın bugünkü vəziyyətinin məni qane edib-etməməsi ilə nə isə dəyişir ki? Bu gün Azərbaycanın səhiyyəsi, mədəniyyəti, təhsili hansı gündədirsə, teatr da o gündədir. Teatr da, digər sahələrdə də islahatlara ehtiyac var”. 

Aktyor sovet dövründən qalma yerlibazlıq, qohumbazlıq kimi mənfi halların teatrlarda hələ də davam etdiyini bildirdi: “Hazırda hansısa layihə üzərində işləmirəm. Hələlik təkliflər yoxdur. Ancaq dərs deməklə məşğulam. 5-6 tələbəm var, onların üzərində işləyirəm. Gələcək üçün aktyor yetişdirirəm”.

Əməkdar artist Münəvvər Əliyeva da teatrın durumunun onu qane etmədiyini vurğuladı: “Təbii ki, Azərbaycan teatrının indiki vəziyyət məni qane etmir. Bu haqda ətraflı danışa bilməyəcəm, çünki hazırda bütün teatrlar bağlanıb, bu da yaxşı hal deyil. İş yerləri bağlanıb, nə vaxt açılacağı da bilinmir”.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …