Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Çində son vəziyyət

Çində koronavirusa yoluxanların sayı 80 754 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Qeyd edilir ki, virusa yoluxanların 3 136 nəfəri vəfat edib. Koronavirus xəstələrinin demək olar ki, 60 min nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə bildirib ki, hazırda xəstələrdən 4 794 nəfərinin vəziyyəti ağırdır. “Xəstəxanalardan 59 897 nəfər evə buraxılıb. Virusa yoluxmuş 3 136 nəfər vəfat edib”, – komitənin xəbərində qeyd edilir. 

Son sutka ərzində ölkədə koronavirusa 19 yeni yoluxma qeydə alınıb, xəstəxanalardan 1 297 nəfər buraxılıb. Ölkədə koronavirusa yoluxma şübhəsi ilə 36 hal aşkarlanıb.  

Xatırladaq ki, Çində koronavirus ilk dəfə ötən ilin sonunda aşkarlanıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …