Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Çexiyada da məktəb və universitetlər bağlandı

Çexiyada koronavirusla bağlı bütün məktəblər və universitetlər bağlanıb.

Həftə.az xarici KİV-ə istinadla xəbər verir ki, yeni qərara əsasən, martın 11-dən ölkədəki bütün tədris ocaqlarında təhsil qeyri-müəyyən müddətə qədər dayandırılır.

Bununla yanaşı, insanların toplu şəkildə iştirak edəcəyi kütləvi tədbirlərin qadağan olunacağı gözlənilir. Ölkə üzrə bütün qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Xatırladaq ki, bu günə kimi Çexiyada 40 nəfərin yeni tip koronavirusa yoluxduğu təsdiq olunub.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …