Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Bütün iclaslar koronavirusa görə təxirə salındı

Avropa Şurasının yeni növ koronavirusun yayılmasına qarşı siyasətinə uyğun olaraq, Parlament Assambleyasının və ya onun yardımçı qurumlarının bütün iclasları mart ayının sonuna qədər təxirə salınıb.

Beləliklə, Assambleyanın hüquqi məsələlər (Paris, 10 mart), sosial məsələlər (Paris, 12 mart), mədəniyyət (Paris, 16 mart), miqrasiya (Paris, 19 mart), bərabərlik (Paris, 20 mart) və monitorinq (Ankara, 30-31 mart) komitələrinin iclasları ertələnib.

Həmçinin Parlament Assambleyasının üzvləri və əməkdaşlarının bütün adi səfərləri də təxirə salınıb.

“Bu qərar Assambleya üzvlərinin, dəvət olunan şəxslərin və katibliyin sağlamlığı və təhlükəsizliyini qorumaq, həmçinin Avropa Şurası, Fransa və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, koronavirusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır”, – məlumatda deyilir.

AŞPA-nın mətbuat xidmətindən bildirilib ki, hazırda Assambleyanın aprelin 20-dən 24-dək keçirilməsi planlaşdırılan növbəti plenar iclasının nə vaxt baş tutacağına dair qərar uyğun vaxtda qəbul ediləcək.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …