Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Azərbaycandakı Türkiyə vətəndaşlarına – MÜRACİƏT – FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi “Twitter”dəki səhifəsində koronavirusla bağlı açıqlama yayıb. 

Mməlumatda bildirilir ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət səfirlik və baş konsulluq tərəfindən yaxından müşahidə edilir: “Nazirlər Kabineti yanında operativ qərargah ölkədəki bütün təhsil ocaqlarında dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə tətilin müddətinin martın 10-dan 20-dək uzadıldığı, martın 20-26-nin Novruz bayramı ilə əlaqədar rəsmi tətil olduğuna görə təhsil ocaqlarında dərslərin faktiki martın 27-də başlayacağını açıqlayıb”.

“Azərbaycanda olan vətəndaşlarımızın bu mərhələdə Türkiyə və Rusiya Səhiyyə nazirliklərinin internet saytlarında koronavirusla əlaqədar verilən məlumatlara diqqətlə riayət etmələri məsləhətdir. Məsələ ilə əlaqədar səfirlik Azərbaycan qurumlarıyla təmasdadır. Koronavirusun Azərbaycandakı miqyasındakı dəyişikliklərə görə əlavə tədbirlərin görüləcəyi halda vətəndaşlarımız təcili olaraq məlumatlandırılacaqlar. Mövcud vəziyyət vətəndaşlarımıza hörmətlə elan edilir”, – açıqlamada vurğulanır.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 11 nəfərdir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 515-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …