Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Avropa Parlamentinin sədri karantinə alındı

Avropa Parlamentinin sədri David Sassoli koronavirusa görə karantinə alınıb.

Həftə.az xəbər verir ki, o, Brüsseldə evində həkim nəzarəti altında saxlanılır.

D.Sassolinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 571-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 030 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …