Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

“8 MARŞ” yürüşünün iştirakçısı intihara cəhd edib

Həftə.az xəbər verir ki, Bakıda martın 8-də Azərbaycan Feminist Hərəkatının keçirdiyi `8 MARŞ” yürüşündə qaldırdığı şüara görə tənqid və təhqirlərə məruz qalan Aysel Ələkbərzadə martın 10-da yaşadığı binanın ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, 1996-cı il təvəllüdlü qadın martın 10-da Yasamal rayonunda binanın ikinci mərtəbəsindən özünü atıb.

“O sol bud sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda əməliyyata hazırlanır. Vəziyyəti stabil-ağırdır,” mətbuat xidməti bildirib.

Aysel Ələkbərzadə facebook səhifəsində intihara cəhd edəcəyini yazıb. O intiharında şəxsi münasibətlər zəminində bir sıra şəxsləri günahlandırır və sonda yazır: “Mən son dəfə deyirəm. Məhv olsun Patriarxat, yaşasın Feminizm!! Salamat qalın….” Aysel Ələkbərzadə facebook səhifəsində yazıb.

Feminstlərin yürüşündən sonra, yürüş iştirakçısı Zəhra Kələntərova da fiziki təzyiqə və hədələmələrə məruz qaldığını yazıb.

“Dünən getdiyim 8 MARŞ yürüyüşünə görə bu gün dayım evə “söhbət eləmək” niyyəti ilə gəlib mənə qarşı şiddət göstərdi, boğmağa cəhd etdi. Hələ bunlar bəs etməyə-etməyə ölümlə hədələdi,” Kələntərova facebook səhifəsində yazıb.

Hüquq mühafizə orqanları bu məlumatlarla bağlı hələ şərh verməyib.

Martın 8-də Feminist Hərəkatı “8 MARŞ – Bizimdir Hürr Küçələr” şüarı ilə Bakıda yürüş keçirib. Aksiyada “Şiddətə susma!” şüarı da qaldırılıb.

Yürüş “Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra “Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …