Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Ərdoğan salonu tərk etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Brüsselə (Belkiça) səfəri baş tutub.

Həftə.az xəbər verir ki, əvvəlcə NATO Baş katibi Yens Stoltenberqlə görüşən Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Çarlz Muişel və Aİ Komissiyasının sədri Ursula von der Leyenlə bir araya gəlib.

Türkiyə Prezidenti görüşlərdən sonra Mişel və Leyenlə planlaşdırılan birgə mətbuat konfransına qatılmaqdan imtina edib.

Alman mediası Ərdoğan və başçılıq etdiyi nümayəndə heyətinin görüşdən 1.5 saat sonra paltolarda salondan ayrıldığını yazıb. Gərgin keçən görüşdən sonra Ərdoğanın mətbuat konfransı keçiriləcək salonun yerinə hava limanına getdiyi vurğulanıb.

Toplantıdan dərhal sonra Mişel və Leyen jurnalistlərin suallarını cavablandırıb.

Misel Türkiyə Prezidenti ilə miqrant məsələsini müzakirə etdiklərini bildirib: “Aradakı anlaşılmazlıqları aradan qaldırmağa çalışırıq. Ortada yanlış anlaşılmalar var”.

Ursula von der Leyen isə qaçqınların Yunanıstanla yanaşı, Türkiyənin də köməyinə ehtiyacının olduğunu deyib:

“Çox yaxşı dialoq baş tutdu. Həm Avropa İttifaqının, həm də Türkiyənin maraqlarını qorumağa çalışacağıq”.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …