Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Ənənəvi Novruz çıxışı təxirə salınıb – Səbəb

İranın ali rəhbəri Seyid Əli Xameneinin ənənəvi Novruz çıxışı koronavirus epidemiyası ilə əlaqədar təxirə salınıb.

Həftə.az xəbər verir ki, hər il martın 21-i Məşhəd şəhərində təşkil edilən çıxış təxirə salınmaqla yanaşı, vətəndaşlardan bayramla əlaqədar o şəhərə səfər etməmələri tövsiyə olunub.

İranda koronavirusdan ölənlərin sayı 237 nəfərdir. İndiyədək yoluxanların sayı isə 7 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 430-a çatıb. Bunların 64 093 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD- 19 qoyub.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …