Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Zümrüd Yağmur Fuad Qəhrəmanlıdan rəsmən boşandı

Abşeron rayon Məhkəməsində yazar Zümrüd Yağmurun AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıdan boşanması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Həftə.az xəbər verirki, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Z. Yağmur ilə F. Qəhrəmanlı arasında olan rəsmi nigar pozulub. Məhkəmənin qərarı ilə birgə nigahdan olan övladları Z. Yağmurun himayəsinə verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd İsrafil qızı Qəhrəmanlı (Zümrüd Yağmur) nikahın pozulması və yetkinlik yaşına çatmayan övladlarının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsinə iddia qaldırmışdı. Məhkəmə prosesi bir neçə dəfə təxirə salınandan sonra məhkəmə tərəflərin barışması üçün onlara 3 ay vaxt vermişdi. 3 ay müddət başa çatdıqdan sonra tərəflər məhkəməyə dəvət olunaraq işə yenidən baxılıb.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …