Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Yarım milyard insan yox olacaq – Qorxunc proqnoz

“Koronavirus ABŞ-da 500 min insanın həyatına son qoyacaq, yoluxanların sayı isə 96 milyona çatacaq”.

Həftə.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Məlumatda ABŞ Səhiyyə Nazirliyi və hökumətə xəstəxanaları böyük fəlakət üçün hazırlamağın tövsiyə edildiyi bildirilib.

Nebraska Universitetinin elm adamı Ceyms Lavler Amerikada 96 milyon nəfərin koronavirusa yoluxa, onlardan 480 mininin ölə biləcəyini ehtimal edir.

O, yaşlı nəslin nümayəndələrində yoluxma riskinin yüksək olduğunu bildirib. Lavlerin sözlərinə görə, virusa yoluxan 80 və yuxarı yaşda olan insanların ölmə riski 14 faizdir.

70-79 yaş arasında olanlarda ölüm riskinin 8, yaşları 60-69 arasında olanlarda isə bu rəqəmin 3.6 olacağı ehtimal olunur. Lavler ürəyi xəstə olanlarda isə ölüm riskinin 1 faizdən aşağı olduğunu iddia edib. Səhhətində heç bir problem olmayanlarda bu ehtimal daha aşağıdır.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …