Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Türkiyə ordusu terrorçu qrupu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG silahlılarından ibarət qrupu zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Qeyd edilir ki, terrorçular Tal-Rıfat rayonundan Türkiyə hərbçilərinə hücum əməliyyatı hazırlayırmış.

“Fərat Qalxanı” əməliyyatı zonasında yerləşən türk hərbçilərinə Tal-Rıfat rayonundan hücum hazırlayan PKK/YPG-nin 13 terrorçusu zərərsizləşdirilib”, – deyə xəbərdə bildirilir.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …