Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Şərqi Azərbaycanda ölənlərin sayı 12 oldu

Həftə.az xəbər verir ki, Təbriz Tibb Universitetinin bazar ertəsi səhər açıqladığı məlumata görə, Şərqi Azərbaycan vilayətində koronavirusa yoluxma səbəbilə ölənlərin sayı 12-ə çatıb.

Xəbər agentliklərinə istinadən, universitetin rektoru Məhəmməd Hüseyn Somi keçən 24 saat ərzində vilayətdə daha 23 nəfərdə koronavirusun aşkar edildiyini bildirib. Beləliklə, Şərqi Azərbaycan vilayətində indiyədək virusa təqribən 130 yoluxma halı qeydə alınıb.

İLNA xəbər agentliyinə görə, Məhəmməd Hüseyn Somi xüsusilə vilayətin mərkəzi Təbrizdə əhalinin epidemiya ilə bağlı tövsiyələri ciddiyə almadıqlarını tənqid edib.

“Çoxları hələ də koronavirusun vilayətimizə gəldiyinə inanmayıblar. Bizim araşdırmalarımız göstərir ki, Təbriz bazarı və alış-veriş mərləzlərindəki izdiham virusun yayılmasında ciddi rol oynayır. Alış-veriş mərkəzlərində izdihamın davam etdiyi təqdirdə Şərqi Azərbaycan valisindən məhdudiyyətləri artırmasını tələb edəcəyik,” Təbriz Tibb Universitetinin rektoru söyləyib.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …