Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Ronaldinyonun həbsxana görüntüsü yayıldı – FOTO

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun Paraqvay həbsxanasından ilk görüntüsü yayılıb.

Həftə.az xəbər verir ki, ötənlərin məşhur hücumçusunun fotosunu yerli jurnalist Ernan Rodriges şəxsi “Twitter” səhifəsində paylaşıb.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon hava limanında saxta pasport təqdim edib. Martın 5-də Paraqvayın baş prokuroru “sambaçılar”ın həbsinə dair order verib. Lakin ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılasını qərara alıb.

Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib. 

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …