Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Qripə görə quşları məhv edirlər

Həftə.az xəbər verir ki, Hindistanın cənub ştatı quş qripi kimi də tanınan qrip xəstəliyinin qarşısını almaq üçün quşların məhvi prosesinə başlayıb.

Bazar günü Kerala vilayətində tədbirlər keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında “quş qripi virusu normal olaraq quşlar arasında yayılır. Lakin bu virusların bəzi növlərinin insanlara yoluxduğu aşkar edilib. Quş qripi insanlara yoluxduqda simptomlar yüngül yuxarı tənəffüs yoluxucu xəstəlikləyindən (qızdırma və öskürək) şiddətli sətəlcəmə qədər kəskin ola bilər. Xəstələnənlər arasında tənəffüs çətinliyi sindromu (nəfəs almaqda çətinlik), şok və hətta ölüm halları ola bilər” – deyə, bildirilib.

“Vulayət rəsmiləri xəstəliyi və mənbəyini məhv etmək qərarına gəlib” – deyə, Kerala Baytarlıq və Heyvan Elmləri Universitetinin dosenti Əbdül Munir Reuters agentliyinə bildirib.

Əsasən toyuqlar olmaqla, minlərlə quş məhv edilməlidir.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …