Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

“Qarabağ” milli üzvünü gətirir – EKSKLÜZİV

2013-2018-ci illər aralığında “Qarabağ”da çıxış edən İbrahim Şehiç Ağdam təmsilçisinə qayıdacaq.

Həftə.az bosniyalı qolkiper cari mövsümün sonunda “köhlən atlar”a qoşulacaq.

Hazırda Türkiyənin 1-ci liqasında mübarizə aparan “BB Erzurumspor”da olan Bosniya və Herseqovina millisinin qapıçısı qış fasiləsində 5 ilə yaxın formasını geydiyi Azərbaycan komandasına dönməyə çox yaxın olub. Sadəcə, tərəflər Şehiçin 2018-ci ildən şərəfini qoruduğu Erzurum klubu ilə olan müqaviləsinin müddətinin bitməsini gözləməyi daha uyğun variant sayıb.  Əsas heyətdəki yerini itirən braziliyalı qapıçı Vaqner da Silvaya isə ümidləri doğrultmadığı üçün yayın ilk ayında yeni anlaşma təklif edilməyəcək. Bu isə o deməkdi ki, braziliyalı əlcək sahibi indiki “futbol ili”nin yekununda yola salınacaq və Şehiç əsas heyət uğrunda Şahruddin Məhəmmədəliyevlə rəqabət aparacaq.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …