Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

Putin Ərdoğanı dəhlizdə gözlətdi – VİDEO

Rusiyanın dövlət telekanalı “Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yayıb.

Həftə.az xəbər verir ki, telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyə ölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərib. Məlum olub ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər edib. V. Putinlə aparılan danışıqlar nəticəsində İdlibdə atəşkəs qərara alınıb.


Sözügedən həmin reportajı sizə təqdim edirik:

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …