Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Neft böhranı: Ruslardan ərəblərə cavab gəldi…

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft müharibəsi gərginliyi artmaqda davam edir.

Həftə.az xəbər verir ki, Səudiyyə Ərəbistanının neft hasilatını artıraraq qiymətləri endirmək cəhdi Rusiya iqtisadiyyatına zərbə vurub.

Rusiyanın “Rosneft” şirkəti də Ər-Riyada eyni şəkildə cavab verir və apreldə neft hasilatını artırmağı planlaşdırır:

“Şirkət hər cür ssenariyə hazırdır. “Rosneft” neft hasilatını həftədə gündəlik təxminən 300 min barrel artıra bilər”, – şirkətdə çalışan mənbə bildirib.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 25-30 dollar arasında dəyişməsinə 6-10 il dözə biləcəklərini açıqlayıb.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …