Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Meşə yanğınının son vəziyyəti

Gürcüstanın Quriya bölgəsində iki gün davam edən meşə yanğını lokallaşdırılıb.

Həftə.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə cəlb olunan iki helikopter yanğın ocaqlarına 20 dəfə su töküb.

Alovun ərazisinin genişlənməsinin qarşısı alınıb. Yanğının aradan qaldırılmasında 120 yanğınsöndürən iştirak edib.

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində istintaqa başlanılıb. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …