Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Məşhur klub satışa çıxarıldı

Çinli iş adamı Yao Çzişen sahibi olduğu İngiltərənin “Sautgempton” futbol klubunu satışa çıxarıb.

Həftə.az xəbər verir ki, Çzişen kluba 250 milyon funt-sterlinq qiymət qoyub. “Sautgempton”dakı həssələrinin 80 faizini satmaq niyyətindədir.

“Sautgempton” klubunun əsası 1885-ci il noyabrın 21-də qoyulub. Komanda 135 illik tarixi ərzində bir dəfə (1983-1984) Premyer Liqanın gümüş medalını və ölkə kubokunu (1976) qazanıb. Klubun avrokuboklardakı ən böyük uğuru isə 1976-1977 mövsümündə UEFA kubokunda 1/8 final mərhələsinə yüksəlmək və 2016-2017 mövsümündə Avropa Liqasının qrupuna düşmək olub.

Xatırladaq ki, asiyalı futbol funksioneri klubu 2017-ci ildə Katarina Libherrdən 250 milyon funt-sterlinq qarşılığında satın alıb. 3 ildir Yao Çzişenin nəzarətində olan klub Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Hazırda komandaya avstriyalı mütəxəssis Ralf Hazenhüttl başçılıq edir. “Sautgempton” isə 29 oyundan sonra 34 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …