Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Köçəryan xəstəxanaya qaldırılıb

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan xəstəxayana yerləşdirilib.

Həftə.az xəbər verir ki, məlumatda keçmiş prezidentin qan təzyiqinin kəskin dəyişməsi və səhhətinin pisləşməsi səbəbindən istintaq təcridxanasından xəstəxanaya aparıldığı bildirilib.

Hələlik müalicənin xarakteri ilə bağlı qərar cəmiyyətə açıqlanmayıb.

Köçəryanın hansı xəstəlikdən əziyyət çəkdiyi də bilinmir. Bu isə həbsdə olan sabiq dövlət başçısının ölümcül xəstəliyə yoluxması barədə iddianın yayılmasına yol açıb.

Ən ilginc iddia isə onun koronavirusa yoluxması barədədir.

Əlavə edək ki, Robert Köçəryan ötən il oktyabrın 9-da əməliyyat edilib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …