Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Dünya çempionatı təxirə salındı

Kanadanın Nova Stadia əyalətində 12-18 apreldə keçirilməli olan qadınlar arasında hokkey üzrə dünya çempionatı baş tutmayacaq.

Həftə.az xəbər verir ki, turnir koronavirus epidemiyasına görə 2021-ci ilə qədər təxirə salınıb.

Bu barədə danışan federasiyanın prezidenti Rene Fazel bildirib ki, qərarı vəziyyətlə bağlı fövqəladə iclasda səhiyyə mütəxəssislərinin tövsiyyələri əsasında qəbul ediblər: “Böyük təəssüf hissi ilə bu addımı atdıq. Heç də asan qərar olmadı. Çünki turnirin Kanadada keçirilməsini səbirsizliklə gözləyirdik. Qərar insanların təhlükəsizliyini qorumaq məqsədilə qəbul olundu. Ölkədə koronavirusla bağlı vəziyyət 10 komandalı beynəlxalq turnirin təşkil olunması üçün yetərincə yaxşı deyil”.

Qeyd edək ki, hokkey üzrə kişilər arasında 8 – 24 mayda İsveçrədə keçirilməsi nəzərdə tutulan dünya çempionatına hazırlıq isə plan üzrə davam edir.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …