Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər
REUTERS/Andrew RC Marshall (CAMBODIA - Tags: CRIME LAW BUSINESS)

Deputatdan əhaliyə çağırış: Narahat olmayın!

Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması ayrı-ayrı ölkələrin milli valyutalarını, o cümlədən manatı təhdid edir.

Həftə.az xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov neftin aşağı qiymətləri uzun müddət davam edərsə, narahatlıq yarana biləcəyini bildirib:

“Ümumilikdə Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Əhali narahat olmasın. Həmçinin Mərkəzi Bankın ehtiyatlarından istifadə edilə bilər. Mən hesab edirəm ki, yaxın zamanlar üçün manatın devalvasiyası gözlənilmir. Neftin qiymətinin aşağı olması, əlbəttə, manata birbaşa təsir edir. Çünki bizim ixracımızın 90 faizi neft məhsullarından asılıdır. Amma hələlik hökumətin apardığı siyasətdən görünür ki, indiki məzənnəni qoruyub saxlamaq istəyirlər. Bunun üçün maliyyə bazarına əlavə vəsait buraxılacaq. Neftin kəskin ucuzlaşması fonunda manatın da ucuzlaşması barədə düşünmək hələlik tezdir”.

Deputat proseslərin fonunda hökumətə çağırış edib: “Hökumət alternativ variantlar üzərində işləməlidir. Əgər neftin qiyməti 30 dollara qədər düşərsə, hansı məqamda hansı addımları atmaq barədə variantlar olmalıdır ki, biz dərhal onu işə sala bilək. Yəni neftin qiymətinin bahalaşmasını gözləməməliyik”.

(modern.az)

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …