Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Azarkeşsiz alovlandırılacaq məşəl

Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi azarkeşsiz keçiriləcək.

Martın 12-nə nəzərdə tutulan tədbirə qeydiyyatdan keçmiş təqribən 100-dək insan qatılacaq. Mərasimə jurnalistlərin girişi də qadağan olunub. Bu addım koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün atılıb. 

həmçinin Olimpiya məşəlinin keçəcəyi şəhərlərin merlərinə Yunanıstan Səhiyyə Nazirliyi və Milli Səhiyyə Təşkilatının göstərişlərinə əməl etmələri tövsiyə olunub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın tarixi Olimpiya bölgəsində alovlandırılacaq. Ölkə ərazisində 3200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək. Məşəlin Yunanıstan turu martın 19-da Afinada “Panatinaikos” klubunun stadionunda başa çatacaq və Oyunların keçiriləcəyi Yaponiyaya yola düşəcək.

İyulun 24-də start götürəcək Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …