Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Ankarada Türkiyə-Rusiya danışıqları başlayır

Türkiyə Müdafiə Nazirliyi Rusiyadan gələn hərbi heyətin iştirakı ilə İdlibdəki de-eskalasiya zonasında vəziyyətlə əlaqədar danışıqların martın 10-da Ankarada başlayacağını açıqlayıb.

Həftə.az xəbər verir ki, bununla bağlı yayılan məlumatda danışıqlar zamanı İdlib məsələsi üzrə Moskva memorandumunun müzakirə olunacağı qeyd edilib.

Hərbçilərin Suriyadakı M4 magistral yolunun martın 15-dən başlaması gözlənilən müştərək kontrolunun təfərrüatlarını müzakirə edəcəyi gözlənilir.

Martın 5-də imzalanan Moskva memorandumuna görə, Türkiyə və Rusiya M4 magistral yolundan 6 km şimal və cənubda təhlükəsizlik dəhlizi yaratmağa və 15 mart tarixindən etibarən şosse boyunca ortaq patrul xidmətinin aparılmasına razılaşıblar. Təhlükəsizlik dəhlizinin fəaliyyətinin konkret parametrləri iki ölkənin müdafiə nazirlikləri tərəfindən yeddi gün ərzində razılaşdırılmalıdır.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …