Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Bakıda “8 MARŞ” yürüşü keçirilib – FOTO

Həftə.az xəbər verir ki, Azərbaycan feminist hərəkatı 8 Mart gününü qeyd etmək məqsədilə “8 MARŞ – Bizimdir Hürr Küçələr” şüarı altında yürüş keçirib.

Təşkilatçıların sosial mediada yaydığı bəyanata əsasən, yürüşün məqsədi “çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir”.

Yürüşü keçirənlər bugünkü aksiyanın əsas şüarları kimi aşağıdakılar bildirilib:

Birləşsinlər qadınlar,

Susmaq yoxdur, üsyan var!

Küçələrdən qorxma!

Azadlığını boğma!

Aksiya iştirakçıları Bakıda, Nizami küçəsi boyunca yürüş etmək niyyətində olduqlarını bildirmişdilər.

Lakin aksiya zamanı yürüşçüləri müşayiət edən polis qüvvələrinin çəpər yaratdıqlarına görə yürüşçülər hərəkət marşrutuna bir qədər dəyişiklik ediblər, BBC News Azərbaycancanın müxbiri hadisə yerindən xəbər verib.

Müxbirimizin məlumatına görə, aksiya artıq başa çatıb, təşkilatçılar yürüş iştirakçılarının bəyanatını oxuyublar.

Təşkilatçılardan biri BBC News Azərbaycancaya “aksiyanın baş tutmuş sayıldığını” bildirib.

Aksiyanın gedişini izləmiş BBC News Azərbaycanca müxbirinin sözlərinə görə, yürüşdə iştirak edən oğlanlardan bəziləri polis tərəfindən saxlanılıb, lakin bir müddətdən sonra müxbirimiz onlardan bəzilərinin sərbəst buraxıldığını görüb.

Müxbirimiz yürüş iştirakçılarına və jurnalistlərə qarşı mülkiqeyimlililərin kobud davranış nümayiş etdiklərini qeyd edib.

“Jurnalistlərə işləməyə imkan vermirdilər, məni bir neçə dəfə vurdular, bir qızın yaxasından tutdular”, – müxbirimiz qeyd edib.

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bu günkü aksiya ilə bağlı BBC News Azərbaycancanın suallarına cavab verərkən aksiya iştirakçılarına qarşı heç bir təzyiq və ya zorun işlədilmədiyini bildirib:

BBC: 8 martla bağlı yürüş iştirakçılarına və jurnalistlərə qarşı polis və mülkü geyimlilər tərəfindən təzyiqlər olduğu bildirilir. Buna şərhiniz?

Ehsan Zahidov: Bu gün özünü feminist adlandıran bir qrup qadın Bakı şəhərində onların aksiyası üçün müvafiq yer ayrıldığına baxmayaraq şəhərin mərkəzində, insanların sıx olduğu və istirahət etdiyi yerdə aksiya keçirməyə cəhd göstərmişdilər. Polis əməkdaşları həmin qrup tərəfindən vətəndaşların istirahətini pozmağa imkan verməyir. Polis əməkdaşları asayişi qorumaq borclarını yerinə yetirərkən nəzakətli davranıblar, heç kimə nə təzyiq edilib, nə də ki, zor tətbiq olunub.

BBC: Yürüşdə neçə nəfər saxlanılıb və onlar hara aparılıb?

Ehsan Zahidov: Toplaşanlardan təxminən 6-7 nəfər kişi cinsli hadisə iştirakçısı ilə qısa müddət ərzində izahat xarakterli söhbət aparıldıqdan sonra onlar sərbəst buraxılıblar.

BBC: Bir neçə aksiya iştirakçısının yaralandığının iddia edildiyi barədə video görüntülər var. Sizin bu barədə şərhiniz nədir?

Ehsan Zahidov: “Bu, yanlış iddiadır, yalandır. Heç kəs xəsarət almayıb”.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …