Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

ABŞ-da elektrik stansiyası – BİTKOİN HASİLATINA BAŞLAYIB

ABŞ-ın Nyu-York şəhərindəki bir elektrik stansiyası istehsal etdiyi elektrik enerjisi ilə gündə 55.000 dollarlıq Bitkoin hasilatına başlayıb.

Həftə.az xəbər verir ki, elektrik stansiyasında istehsal olunan 115 meqavat elektrik enerjisinin 15 meqavatı Bitkoin mədənində istifadə olunur.

Xüsusi bir kapital şirkəti olan “Atlas Holdinq” MMC, elektrik stansiyasında Bitkoin mədəni üçün 7000 mədən maşını aldı.

Bazarda elektrik enerjisinin orta qiymətlərindən aşağı bir qiymətə gündə təxminən 5.5 Bitcoin istehsal edən zavod 1973-cü ildə kömür elektrik stansiyası olaraq qurulub və daha sonra təbii qaz çevrilməsi zavoduna çevrilib.

Elektrik stansiyasında istehsal olunan 115 meqavat elektrik enerjisinin 15 meqavatı Bitkoin mədəni üçün istifadə olunur. Enerjiyə olan tələbatın sıx olduğu dövrlərdə aktiv olan stansiya hazırda bütün il istehsal edir.

Cryptocurrency Bitkoin 2018-ci ildə 19 min dolları keçərək ən yüksək həddə çatandan indiyədək böyük qiymət dəyişikliyi yaşayır. Hazırda Bitkoin qiyməti 9 min dollar səviyyəsindədir.

fed.az

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …