Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Yeni icra başçılarının maaşı – MƏBLƏĞ

Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin, Nahid Bağırov isə İsmayıllının icra başçısı təyin olunub.

İcra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyən olunur.

Şəhər və rayonlar üzrə icra başçılarının maaşları əhali sayına uyğun olaraq təyin edilir.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı 990 manat maaş alır.

Ən son məlumatlara görə, Neftçalanın əhalisi 88 min nəfərdən çoxdur. Deməli, Mirhəsən Seyidovun aylıq əmək haqqı 990 manat olacaq.

İsmayıllı rayonunun əhalisi isə 86 min nəfərdən çoxdur. Bu baxımdan Nahid Bağırovun da maaşı 990 manat olacaq.

Bundan əlavə icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

İcra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …